Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının yazdığı qəzəl üzə çıxıb.
OLAY yazır ki, söz xiridarının həbsxanada yazdığı “Ölsəm bağışla” adlı qəzəli həmkarı Orxan Lökbatanlı qonaq olduğu “Qonaqcanlı” verilişindən səsləndirib.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.