İllər əvvəl “Bilirəm gələn deyilsən” mahnısı ilə məşhurlaşan müğənni Lamiyə Novruzovanın Türkiyədə toyu olub.
OLAY yazır ki, sənətçi 38 yaşlı Uğur Piro adlı türk vətəndaşı ilə ailə qurub.
Lamiyə Uğurla toyların baş tutduğu məkana “Vağzalı” sədaları altında daxil olub.
Novruzova həm əri Piro həm də qonaqlarla gecə boyunca bol rəqs edib. Özəl günündə Lamiyə səhnədə türk dilində mahnılar da oxuyub.
Cütlüyün toyundan görüntülər sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, Lamiyə və Uğurun nikahı fevral ayında baş tutub. Müğənni uzun müddətdir ki, Türkiyəyə köçüb.