WOW
WOW

“Vaxtsız ölmək istəmirəm” - Meyxanaçı yatağa məhkum olub

“Vaxtsız ölmək istəmirəm” - Meyxanaçı yatağa məhkum olub

“Avqustdan yataq xəstəsiyəm. Ayağa qalxa, yeriyə bilmirəm. Ürəkçatışmazlığı ilə əlqədar bədənimə su yığılıb. Bir ayağım tutulub. Ümid edirəm ki, əməliyyatdan sonra səhhətim düzələcək”.

OLAY yazır ki, bu sözləri uzun zamandır ürəkçatışmazlığı səbəbi ilə yatağa məhkum olan meyxanaçı Xəyyam Əhmədli “Xəzər axşamı” verilişinə müsahibəsində deyib.

Sənətçi hazırda səhhətinin olduqca ağır olduğu açıqlayıb:

“Bir il ərzində xəstəxanada düz 8 dəfə yatmışam. Xeyri olasa da amma əməliyyata yaramayıb. Deyirlər ki, bədəndən su çəkilməlidir. Onlar olan təqdirdə əməliyyata girə biləcəyəm. Pənahım Allahdır. Ürəkçatışmazlıq ağciyərlərimə və böyrəyimə müəyyən fəsadlar verib. Amma sırf ürəyimlə bağlı müalicələr alıram. Ürəyimdə üç canlı toxumadan ikisi yoxdur. Bu çətinlik də məhz buna görə yaranıb. Yoxsa açıq ürək əməliyyatı keçirə bilərdim. Amma mənim bu vəziyyətimdə həkimlə bunu edə bilmirlər. Ürəyimin damarları buna imkan vermir”.

Söz xiridarı bildirib ki, bir çox həmkarları onun səhhəti ilə maraqlanır və evinə ziyarətə gəlirlər: 

“Ağamirzə Məmmədov, Namiq Qaraçuxurlu, Namiq Məna, Pərviz Bülbülə, Ələkbəy Yasamallı, Mehti Masallılı, Aydın Lökbatanlı mənə baş çəkirlər vaxtaşırı telefonda danışırıq. Oqtay Kamil isə davamlı yanımdadır o bütün bu işləri təşkil edib. 3-5 meyvə alıb, halıvı soruşub, getmək dəyil. Oqtay mənim üçün daha çox can yandırır. Allah hamının canını sağ eləsin. Kimlər ki yoxdur onlar əvvəlcədən yanımda olmayıblar. Onları bilmək üçün isə bu yatağa düşməyə ehtiyac yoxdur. Gərək zamanında onları ayırd edə biləsən. Görünür, mən etməmişəm. Heç kimə də arzu etmirəm dostlarını xəstə yatağında yanına çağırsın. Mən heç birindən narazı deyiləm”.

Xəyyam bildirib ki, onun ürəyi artıq fəaliyyətini itirib. Bu səbəbdən ürəyi süni aparatla əvəz olunmalıdır:

“Mən oksigen aparatsız yaşaya bilmirəm. O bəzilərindən yaxşı imiş. Dərdim də olanda ona deyirəm. Aparat mənə səssiz qulaq asır. Ən böyük şeyi də o mənə edir. Mənim ürəyimə ürək formasına aparat qoyulmalıdır. O Almaniyadan gətirməlidir. Onun qiyməti də çox bahadır. Mənim o aparata imkanım yoxdur. 220 min manatdır. Avqustu 18-də kliniki ölüm keçirmişəm. Bunu mənə 3 gün sonra deyiblər. Bu haqda bilməmişəm. 20 dəqiqə ürəyim dayanıb. Vaxtsız ölmək istəmirəm. Yaşamaq istəyirəm. Dərd varsa çarəsi də var”.

Anasının da xəstə olduğunu söyləyən X.Əhmədli bildirib ki, gün ərzində onunla otaqdan otağa videozəng vasitəsi ilə əlaqə saxlayır:

“Bu evdə anam və öz ailəmlə qalıram. Anam özü də xəstədir. Aylardır yataqdayam, anamı görə bilmirəm. Onunla videozəng vasitəsi ilə danışıram. Bu otaqdan o otağa görüntülü danışırıq. Amma yenə də ana ürəyi görürsünüz necədir, o, qalxır ayağa və yanıma gəlir”.

Qeyd edək ki, meyxanaçı Xəyyam bir müddət əvvəl ürək şikayətləri ilə təcili xəstəxanaya yerləşdirilib. O, 2018-ci ildə ürəyindən anju olunmuşdu.