Rusiyanın məşhur şanson müğənnisi 70 yaşlı Lyubov Uspenskayanın qızı, 34 yaşlı Tatyana Plaksina “İnanmayacaqsan!” verilişinə son günlər üzləşdiyi dəhşətli hadisələrdən söz açıb.
OLAY yazır ki, sənətçinin qızı üç il əvvəl anasının yerləşdirdiyi ixtisaslaşdırılmış klinikada tibb işçisi tərəfindən təcüvüzə məruz qaldığını açıqlayıb.
“O, məni zorlandığım dəhşətli yerə bağladı. Tibb işçisi idi. Bu bir dəfə baş verdi. O, gəldi, mənə iynə vurdu, mənimlə ünsiyyət qurmağa başladı. Fiziki zədəm var idi, ağrıyırdı. Mən bakirə deyildim, amma cinsi əlaqə olmadan uzun müddət idim”, - deyə Tatyana vurğulayıb.
Plaksina bildirib ki, anasının baş verənlərdən xəbəri olub. Hadisədən xəbər tutandan sonra müğənni, klinikada qalmaqal yaradıb, lakin cinayətkar cəzalandırılmayıb.
Tatyana gözlənilmədən İsrailə uçmasının təfərüatlarından da danışıb (oktyabrın əvvəlində Uspenskaya qızının itkin düşdüyünü bildirsə də, o, tezliklə İsraildə aşkarlanıb. Bir müddət sonra Plaksina Rusiyaya qayıdıb).
Onun sözlərinə görə, o bu addımı anasının təzyiqindən bezdiyi və daha onunla bir dam altında yaşaya bilmədiyi üçün atıb:
“O, məni o qədər qorxutdu, şikəst etdi... Onunla əl-ələ verib konsertlərə getməkdən, “Mənim çılpaq çiyinlərim”, “Onun haqqında, onun haqqında” mahnılarını oxumaqdan başqa heç nəyə qadir deyildim. O, bu mahnıları oxumağa məni məcbur etdi, mənim musiqim isə tamamilə fərqlidir. Hətta onu xəstə adlandıraraq evdə bu musiqini ifa etməyi mənə qadağan etdi”, - deyə Tatyana bildirib.
Eyni zamanda, Tatyana, qonorarlarını artırmasına baxmayaraq, Uspenskaya ilə çıxışlarına görə pul almadığını bildirib. Lyubovun qızının sözlərinə görə, bütün maliyyə məsələlərini anası idarə edib:
“Artıq 10 ildir ki, anama yalvarıram, ayrı yaşamaq istəyirəm. Məni bu evdə qapalı şəraitdə yaşamağa məcbur etdi. Bütün bunlar isə nə vaxtsa bitməli idi”.
Lyubov Uspenskayanın vəkili Yelena Senina artıq Plaksinanın açıqlamalarına cavab verib:
“Əgər Tatyana ona qarşı cinayətlər törədildiyini deyirsə - qanunsuz həbs, psixiatrik klinikaya qanunsuz yerləşdirmə, təcavüz… O, televiziyaya deyil, hüquq-mühafizə orqanlarına getməlidir”.