Rusiyada aktyor və model kimi fəaliyyət göstərən azərbaycanlı Anar Xəlilov açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
OLAY yazır ki, Anar instaqram səhifəsində izləyicilərlə “sorğu – sual” edib.
“Əgər aktyor olmasaydın hansı peşəni seçərdin?” sualına Xəlilov “Əlbətdə ki, eskort” qısa cavabını verib.
Qeyd edək ki, Anar Xəlilov “Şukin Teatr İnstitutu”nun məzunu, Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın tələbəsidir. O, azərbaycanlı rejissor İlqar Safatın “İçəri şəhər” filmində rol alıb.