“Mən məktəbə nifrət edirdim. Mən heç vaxt belə axmaq qaydaların, orta səviyyəli insanların və pis zövqün cəmləşdiyini görməmişdim”.
OLAY yazır ki, bu sözləri Rusiyada aktyor və model kimi fəaliyyət göstərən azərbaycanlı Anar Xəlilov sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Məktəblə bağlı xatirələrin pis olduğunu dilə gətirən Anar bu səbəbdən cəmi 9 sinif oxuduğunu bildirib:
“Ömrümün bütün 9 ilini... Xoşbəxtlikdən, cəmi 9 sinifi bitirmişəm. Hessab edirəm bu illərimi dönməz şəkildə itirmişəm. Həyatımın ən pis 9 ili. İndi həyatım gözəllik, zəka, həssaslıq və xoşbəxt olan azad insanlarla doludur. Çox şadam ki, bütün bunlar bitib”.
Qeyd edək ki, Anar Xəlilov “Şukin Teatr İnstitutu”nun məzunu, Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın tələbəsidir. O, azərbaycanlı rejissor İlqar Safatın “İçəri şəhər” filmində rol alıb.