Rusiyada aktyor və model kimi fəaliyyət göstərən azərbaycanlı Anar Xəlilov yeni fotoları ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi sosial şəbəkə hesabında günəşlənərkən çəkdirdiyi yarıçılpaq şəkillərini izləyiciləri ilə bölüşüb.
Xəlilov sözügedən paylaşıma “Məni adınla çağır” qısa şərhini yazıb.
Qeyd edək ki, Anar Xəlilov “Şukin Teatr İnstitutu”nun məzunu, Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın tələbəsidir. O, azərbaycanlı rejissor İlqar Safatın “İçəri şəhər” filmində rol alıb.