WOW
WOW

“Səs Azərbaycan”ın çəkilişləri başladı

“Səs Azərbaycan”ın çəkilişləri başladı

Tezliklə “Səs Azərbaycan” müsabiqəsi yeni sezonu ilə İctimai TV-nin efirində olacaq. 

OLAY yazır ki, bu gün proqramın birinci bölümünün çəkilişləri baş tutub. Münsiflər veriliş üçün fotosessiya etdirib. Bu il ilk dəfə layihədə jüri olan Xalq artisti Röya Ayxan qalib olmaq istədiyini dilə gətirib. 

Həmçinin, layihənin bu sezonda maraqlı keçəcəyinin anonsunu verən estrada ulduzu işlərini çəkiliş müddətində dondurduğunu deyib. 

Qeyd edək ki, bu il jüridə Röya Ayxanla yanaşı, Xalq artisti Zülfiyyə Xanbabayeva, Avroviziya qalibimiz Eldar Qasımov və müğənni-bəstəkar Murad Arif də var.