Hər il səbrsizlikdə gözlənilən dünyaca məşhur “Met Gala - 2025”in mövzusunu bəlli olub.
OLAY yazır ki, bu haqda “Vorgue” dərgisi açıqlama yayıb.
Bildirilib ki, sözügedən mötəbər tədbirin mövzusu “Super İncə: Qara Üslubun Uyğunlaşdırılması” olacaq.
Mərasim, kişi modasına, tünd dərili zəriflərin üslubuna və onların siyasi əhval-ruhiyyəyə təsirinə həsr olunacaq və 18-ci əsrdən bu günə qədər olan dövrü əhatə edəcək.
Tədbirin açılışı ənənəvi olaraq mayın ilk bazar ertəsi baş tutacaq. Beləki, mərasim mayın 5-də Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyində keçiriləcək.
Gecənin aparıcıları müğənni Farrell Uilliams, repçi “A$AP Rocky”, Formula1 yarışının ulduzu Lyus Hemilton və aktyor və ssenarist Kolman Dominqo olacaq. Bu günlərdə onlar Anna Vinturla Metropoliten İncəsənət Muzeyində ilin ən gözlənilən moda hadisələrindən birinə həsr olunmuş mətbuat konfransında görüşüblər.
Qeyd edək ki, bu, Kostyum İnstitutunun 2003-cü ildən bəri ilk sərgisidir (o zaman mövzu yubkalı kişilər idi) yalnız kişi geyimlərinə həsr olunmuşdu.