Fotosessiya
Fotosessiya

Dəbdəbəli “Met Gala” baş tutdu

Dəbdəbəli “Met Gala” baş tutdu

Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyinin hər il təşkil etdiyi və modanın ən böyük gecələrindən biri hesab edilən MET Gala baş tutub.

OLAY yazır ki, dünən reallaşan gecədə musiqi, kino, moda və idman dünyasının 400-ə yaxın məşhur siması qatılıb. 

Tədbirin iştirakçıları Metropoliten İncəsənət Muzeyinin pilləkənlərində dəbdəbəli geyimlərdə pozalar verib.

Builki mövzu “Qızıl qlamur” olub. Bu mövzu Amerika tarixində 19-cu əsrin sonlarına təsadüf edən “Ulduzlu çağ”a istinad edir. Dövrün parıldayan tərəfi ilə birlikdə gəlir bərabərsizliyinin yüksəlişi və sosial iğtişaşların böyüməsidir. 

Həmçinin, Met Gala 2022-yə biletlər 35.000 dollardan başlayıb. Masa qiymətləri 300 min dollara qədər yüksəlib. 

2022 Met Gala-nın aparıcılarından biri olan Bleyk Layvli “Versace” paltarına üstünlük verib, Kendall Cenner və Heyli Biber isə “Prada”, “Saint Laurent” libasları ilə diqqət çəkib. 

OLAY gecənin digər ulduzların xalça görünüşlərini təqdim edir: