WOW
WOW

“Siz də cinayətkarlar qədər günahkarsınız”

“Siz də cinayətkarlar qədər günahkarsınız”

Azərbaycanlı reper Asya Alizade Türkiyədəki kişi həmkarlarına səslənib.

OLAY yazır ki, sənətçi qardaş ölkədə baş verən qadın qətillərinə səssiz qalan repçiləri qınayıb:

“Kişi reperler, bu dövrdə kim susursa və qadınlara dəstək vermirsə, ikiüzlüdür. Siz də cinayətkarlar qədər günahkarsınız. Bu qadınların hamısı sizin mahnılarınızı dinləyir, konsertlərinizə gəlir, sizə pul qazandırır. Onlara dəstək vermək də sizin öhdəliyinizdir. Sizin də analarınız, bacılarınız var”.