WOW
WOW

Beyonsdan qorxublarmış...

Beyonsdan qorxublarmış...

Reper Pi Diddinin törətdiyi əməllərlə bağlı iddialar səngimək bilmir. 

OLAY yazır ki, yayılan məlumatlar sırasında Beyonsun da adı hallanır. 

İddia olunur ki, dünya ulduzu onunla rəqabət aparan, yəni “Grammy” mükafatı alan həmkarlarını sözügedən partilərə dəvət edirmiş. Bundan sonra onları başqaları ilə intim münasibətə daxil olmağa məcbur edib, o anları lentə aldırıb və şantaj üçün istifadə edirmiş.

Əvvəlki illərdə “MTV VMA” mükafatına layiq görülən Teylor Svift ödülünü alan zaman Kanye Uestin bu mükafata Beyonsun layiq olduğunu deməsi iddiaları gücləndirib. Bildirilib ki, Kanye bu addımı ilə Teyloru qorumaq istəyib.

Həmçinin Adelin də mükafat aldığı zaman Beyonsu tərifləməsi, bununla yanaşı, bu halların tez-tez təkrarlanması da məlumatların doğru olduğuna təsdiq kimi göstərilib.