WOW
WOW

“Qapı” bu tarixdə təqdim olunacaq!

“Qapı” bu tarixdə təqdim olunacaq!

Aktyor Vüsal Əhmədzadənin rejissor kürsüsündə əyləşdiyi “Qapı” filminin təqdimat tarixi məlum olub.

OLAY-ın əldə etdiyi məlumata görə, iddialı komandası ilə diqqət çəkən layihədən fraqment təqdim olunub. Görüntüləri ilə diqqət çəkən layihənin premyerası 8 oktyabrda “CineMastercard Ganjlik Mall”da baş tutacaq.

Qeyd edək ki, ekran işində rolları Əməkdar artistlər Sənubər İsgəndərli, Rafael İsgəndərov, aktyorlar Kamran Ağabalayev, Taleh Yüzbəyov, Nurlan Rüstəmov, Emil Musayev, İlkin Xəlil, aktrisalar Zemfira Əbdülsəmədova, Kəmalə Onur və Kəmalə Piriyeva canlandırır.

Filmin baş prodüseri və rejissoru Vüsal Əhmədzadə, təsvir rejissoru Orxan Məmmədov, prodüseri İbrahim Heydərovdur.