Xalq artisti, aparıcı Ofeliya Sənani ötən gün xəstəxanalıq olub.
OLAY axşam.az-a istinadən yazır ki, aparıcı evində yıxılıb. Hadisə ilə bağlı təcili tibbi yardım çağırılıb. Yıxılma nəticəsində O. Sənaninin ayağı zədələnib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, Ofeliya Sənani daha əvvəl infarkt keçirdiyini açıqlamışdı. Ona həmçinin ağciyər ödemi diaqnozu qoyulmuşdu.
***
TƏBİB-dən verilən cavabda bildirilib ki, 5 oktyabr 2026-cı il tarixində saat 18:15 radələrində Ofeliya Sənani Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə bud sümüyünün sınığı diaqnozu qoyulub və ona zəruri tibbi xidmətlər göstərilib.
Sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamı əsasında 5 oktyabr 2026-cı il tarixində saat 21:00 radələrində digər tibb müəssisəsinə təxliyə olunub.
Ofeliya Sənani xəstəxanaya yerləşdirilib