Müğənni Lətifənin son günlər məclislərdə ifa etdiyi və maraqla gözlənilən “Lorenzo” mahnısı təqdim olunub.

OLAY yazır ki, bəstənin müəllifi və aranjimanı Güneleyə məxsusdur. Ritmik mahnıda sevgidən bəhs edilir.

Sənətçi son günlər qatıldığı məclislərdə “Lorenzo”nu ifa edərək dinləyicilərin marağına səbəb olub.

Lətifə mahnısı haqda "Hər qadının öz Lorenzosu olmalıdır. Özündə hər şeyi birləşdirən kişi: xarizma, güc, gözəllik və xarakter. Yanında nağıl arzulamağa ehtiyac qalmayan kişi… Çünki o, özü həmin nağılın bir parçasına çevrilir. Arzu edirəm ki, hər qadın bir gün öz Lprenzosunu tapsın.
Əgər o artıq yanınızdadırsa, bu nadir sehri qoruyun" sözlərini yazıb.

Mahnı artıq bütün musiqi platformalarında yayımlanıb.