WOW
WOW

Şahzadələr və Barak Obama Pi Diddi əməliyyatında!

Şahzadələr və Barak Obama Pi Diddi əməliyyatında!

Amerikalı müğənni Caquar Rayt reper Pi Diddi ilə bağlı qalmaqalda şahzadə Herri, onun həyat yoldaşı Meqan Markl və onların əmisi şahzadə Endrünün də iştirak etdiyini iddia edib.

OLAY yazır ki, bu barədə “Radar Online” məlumat yayıb.

Caquar Raytın sözlərinə görə, reper partilərində iştirak edən nüfuzlu insanlara həmin məclislərin videolarını göndərirdi. O əlavə edib ki, bu videolarda olan bəzi şəxslərin hərəkətləri çoxlarını təəccübləndirə bilər. O həmçinin bildirib ki, bu kasetlərin Barak Obamaya, Cennifer Lopezə və Beyonseyə göndərildiyini düşünür.

Raytın bəyanatlarına baxmayaraq, onun dediyi şəxslərin bu qalmaqala birbaşa əlaqəsi olduğuna dair heç bir sübut yoxdur. Bununla belə, 16 sentyabrda Pi Diddinin cinsi cinayətlərdə ittiham olunaraq həbs edilməsindən sonra bir çox məşhurların qorxuya düşdüyü qeyd olunur.

Pi əgər günahkar bilinərsə, ömürlük həbs cəzasına və ən azı 15 il müddətində azadlıqdan məhrum edilə bilər. O, insan alveri və fahişəlik məqsədilə insan satılması ittihamları ilə üz-üzədir. Reperin vəkili Mark Aqnifilo isə onun günahını etiraf etməyi düşünmədiyini və təkcə özünü deyil, eyni vəziyyətdə olan digər insanları da müdafiə etmək üçün mübarizə aparacağını açıqlayıb.