Bir neçə gün əvvəl doğum günü Şuşada ailəsi birgə qeyd edən müğənni Safura Əlizadəyə rəfiqələri sürpriz ediblər.
OLAY yazır ki, onlar paytaxt restoranların birində sənətçiyə kiçik ad günü yığıncağı təşkil ediblər. Dostları restoranın işçiləri ilə bərabər ifaçının qarşısına şamlarla bəzədilmiş tort gətirərək “ad günü” mahnısını ifa ediblər.
S. Əlizadə ona bəxş edilən bu xoş anlara görə rəfiqələrinə təşəkkürünü bildirib.
“Şuşadan sonra doğma Bakımda ad günümün davamı dəyərli dostlarımla” şərhini yazan Safura həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, iş adamı Fərhad Əliyevlə ailəli olan Safuranın Ayşə adında bır qızı, İsgəndər və Natiq adında iki oğlan övladı var.