WOW
WOW

Serhat Akın güllələndi

Serhat Akın güllələndi

Türkiyə millisinin və “Fənərbaxça” klubunun sabiq futbolçusu Serhat Akına silahlı hücum olunub.

OLAY yazır ki, bu barədə 43 yaşlı sabiq hücumçu sosial şəbəkə hesabında mələmat yayıb.

Serhat bildirib ki, ekspert kimi çıxış etdiyi televiziya proqramından geri dönərkən yolda tanımadığı şəxslərin hücumuna məruz qalıb.

Ayağından güllənən və təcili xəstəxanaya aparılan S.Akının vəziyyəti yaxşıdır. Onun əməliyyat olunacağı deyilir.

Qeyd edək ki, 5 mövsüm “Fənərbaxça”da çıxış edən futbolçu 3 çempionluq qazanıb. O, “Fənərbaxça” forması ilə rəsmi matçlarda 154 dəfə meydana çıxıb və 49 qol vurub.