Müğənnilər Vəfa Şərifova ilə Şəbnəm Tovuzlunun qalmaqalına səbəb olan “Cənnətimsən” mahnısı plagiat çıxıb.
OLAY yazır ki, bu barədə “Günə bax” verilişində jurnalist Pərviz Hüseyn məlumat verib.
O bildirib ki, əslində Tural Sədalı ilə Arzu Məmmədovanın özlərinin bəstələdiklərini dedikləri mahnı Qədir Məmmədovun (Qızılsəs) illər öncə səsləndirdiyi “Pakizə”dən götürülüb.
Belə ki, ifanın musiqisi məhz “Pakizə”dən plagiat olunub.