WOW
WOW

Nanə də gözlərinin rəngini dəyişdi

Nanə də gözlərinin rəngini dəyişdi

Aparıcı Nanə Ağamalıyeva da gözlərinin rəngini dəyişib.

OLAY yazır ki, bu haqda televiziya ulduzu aparıcısı olduğu “7 tamam” verilişində məlumat verib. 

Qəhvəyi rəngli gözlərini əməliyyat yolu ilə açıq yaşıla dəyişən Nanə bildirib ki, uzun müddətdir bu əməliyyat haqqında düşünüb: 

“Bu əməliyyatla bağlı çox məlumatlanmışdım.Ölkə xaricində çox az sayda həkimin göz rənginin dəyişməsi əməliyyatının icra olunduğunu gördüm. Ürək etmədim. Eşidən də, görəndə ki, dəyərli həkim Cahid Şahbazov göz rənginin dəyişməsi əməliyyatını həyata keçirir çox böyük ürəklə, cəsarətlə, zövgünə, savadına güvənərək üz tutdum Cahidin yanına. Mənə çox sayda “Niyə göz rəngini dəyişdin? ” sualını ünvanladılar. Cavab verdim ki, “Sevgimdən gözümün rəngini dəyişdim”. 

Qeyd edək ki, həftələr əvvəl aparıcı Mətanət Əliverdiyeva da gözlərinin rəngini dəyişib. Beləcə Mətanət mavi gözlərə sahiblənib.