WOW
WOW

“Atamın mədəniyyəti ilə mənimki uyğun gəlmir” - Tatlısesin qızı

“Atamın mədəniyyəti ilə mənimki uyğun gəlmir” - Tatlısesin qızı

İbrahim Tatlısesin ifaçı qızı Dilan Çıtak Türk Hava Yollarına məxsus Bodrum-İstanbul uçan təyyarədə bələdçilərlə pişiyinə görə dalaşması ilə gündəm olub.

OLAY yazır ki, başına gələn hadisə ilə bağlı “Aramızda kalmasın” verilişinə açıqlama verən Dilan müxbirin “Atanız sizinlə bağlı suallar qarşısında susmağı seçdi, nə düşünürsünüz?” sualını “Şərhsiz” deyə cavablandırıb.

Çıtak sənətkar atası ilə aralarındakı maliyyə iməsələlərinə isə bu şəkildə aydınlıq gətirib:

“Mənim maddi gözləntim yoxdur, amma varisəm. Vərəsəlik bir haqqdır, ondan imtina etməyəcəyəm. Mənim mədəniyyətimlə onun mədəniyyəti uyğun gəlmir”.

Qeyd edək ki, atası İ.Tatlıseslə ulduzu barışmayan Dilan bir müddət əvvəl instaqram səhifəsində atasının soyadını silib.