WOW
WOW

“Sənin qanını dəyişmək lazımdır”

“Sənin qanını dəyişmək lazımdır”

Əməkdar artist Nigar Şabanova ilə müğənni Türkan Vəlizadə arasındakı qalmaqal alovlanıb.

OLAY yazır ki, N. Şabanova növbəti dəfə ad çəkmədən Türkanla mübahisəsindən danışıb. O, bununla bağlı “Axşamın qonağı” verilişində söz açıb:

“Səhvə qarşı susanda sabah onun qurbanı olacaqsan. Düz səhvin qurbanı olur. Kimsə yerini bilmirsə, yerini bilməyənlərin borcudur ki, ona yerini bildirsin. Sən mən ola bilməyəcəksən. Bəlkə yenidən dünyaya gəlməlisən. Allah sənə o boyda istedad, əxlaq-tərbiyə verməlidir. Mən başqa əxlaqdan danışmıram, mədəniyyəti nəzərdə tuturam. Allah onu verməlidir ki, mən ola biləsən. Kimsə mən olmağa məcbur deyil. Heç mən də məcbur deyiləm kimsə olmağa. Sadəcə mədəniyyəti, tərbiyəni qoruyub, saxlamaq lazımdır. Hər kəs özündəkini bilməli və qəbul etməlidir. Özü həzm edə bilmir, gücü çatmır deyə, deyilənləri də qəbul etmir. Əgər özündəkini bilsə, kənardan deyilənləri rahat qəbul edəcək. 

Təbii ki, heç kimin kimisə təhqir etməyə haqqı çatmaz. Bunu təhqir kimi qəbul edirsə, deməli dərrakəsı, savadı, dünyaya baxışı ora qədərdir. O, əlləri ilə gözlərinin kənarını bağlayıb, sadəcə qarşını görür. Əlini çək ətrafa bax, sonra güzgüdə özünə sual ver ki, mən kiməm. Mən eləyəm heç vaxt bir nöqtəyə baxmıram. Çalışıram ki, əllərimi üzüm hər tərəfdən. Çünki heç bir şey mənim deyil. Bir anda mənim olanlar da olmaya bilər. Buna açıq baxmağa çalışıram. Hər birimizin yaşının az vaxtı, cahil vaxtı, başa düşmədiyi zamanı olub. O, müəyyən yaş dövrünə qədərdir. Ondan sonra sənin səhnə, həyat təcrübən, ailədən gələn tərbiyən varsa, mədəni olmağa məcbursan. Bunu bacarmırsansa, özünə borc bilmirsənsə, sənin qanını dəyişmək lazımdır”.