Keçən il “Ay Yapım”la “Gaddar” serialı üçün seriya başına 2 milyon TL-ə müqavilə imzalayan Çağatay Ulusoy “Tims&B” şirkəti ilə yeni müqavilə imzalayıb.
OLAY yazır ki, müqavilənin detallarına dair kulislərdə dolaşan məlumatlar isə çox diqqətçəkicidir.
Çağatay Ulusoy xaricə satışı yüksək olan aktyorlar sırasında olduğu üçün prodüserlər onu qazanmaq üçün yarışır. Yaraşıqlı aktyor bu mövsüm üçün “Ay Yapım”dan “İşgal Günlerinde Aşk”, “OGM Pictures”dan “Halef”, “Bozdağ Film”dən TRT üçün çəkilməsi planlanan “Bir Zamanlar İstanbul” adlı seriallardan təklif almışdı.
Ancaq Çağatay Ulusoy ötən gün “Tims&B” ilə müqavilə bağlayıb. Müqavilə imzalanan kimi də “böyük anlaşma” başlığı altında mətbuata açıqlama verilib. Kulislərdən sızan məlumatlara görə, Çağatay Ulusoya təklif edilən seriya başına ödəniş 3,5 milyon TL-dir. Bu rəqəm indiyə qədər bir aktyora verilən ən yüksək ödəniş kimi diqqət çəkir. Ulusoy keçən mövsüm də “Ay Yapım”dan “Gaddar” serialı üçün aldığı və əlavələri ilə 2,5 milyona çatan seriya başına ödənişi ilə çox müzakirə olunmuşdu.
Öz rekordunu yeniləyən Çağatay Ulusoy-un çəkiləcəyi serialın adı isə “Eşref Rüya” olacaq. Senaristliyini Ethem Özışıkın etdiyi bu serial televiziya üçün çəkiləcək. Görüşülən kanallar arasında Kanal D də var. Serialda 14 yaşında bir təmirçi şagirdi kimi çalışan Eşrefin uşaqlıqda görüb aşiq olduğu və ona “Rüya” adını verdiyi qızın illər sonra çox güclü bir adama çevrilib qarşısına düşmən olaraq çıxma hekayəsini təsirli bir dillə izah edir.