WOW
WOW

Paris prokurorundan Durovun işi ilə bağlı yeni açıqlama

Paris prokurorundan Durovun işi ilə bağlı yeni açıqlama

Paris prokuroru “Telegram”ın sahibi Pavel Durovun işi ilə bağlı açıqlama yayıb.

OLAY yazır ki, avqustun 24-də Parisdə saxlanılan Durov Fransa ədliyyə orqanları ilə əməkdaşlıq edir və ona qarşı ittihamlar irəli sürüldükdən sonra müəyyən edilmiş nəzarət şərtlərinə tam əməl edir. 

Bunu Paris prokuroru “Laure Beko RTL” radiosunun efirində deyib.

Prokuror qeyd edib ki, müstəntiqlər bir sıra kibercinayətkarların müəyyən edilməsi ilə bağlı sorğulara cavab verilmədiyi üçün diqqətlərini “Telegram”a yönəldiblər.

Bildirilib ki, iş adamı beş milyon avro məbləğində girov ödəyəcəyi təqdirdə azadlığa buraxıla bilər. Sonradan məlum olduğu kimi, Durov onun pulunu hissə-hissə ödəyir. O, Fransanı tərk etməmək və həftədə iki dəfə polis idarəsinə xəbər vermək öhdəliyi əsasında istintaqa buraxılıb.