WOW
WOW

Buna görə onların boşanması illərlə uzana bilər

Buna görə onların boşanması illərlə uzana bilər

Dünya şöhrətli pop ulduz Cennifer Lopez və Hollivud aktyoru Ben Afflekin boşanması illərlə uzana bilər.

OLAY yazır ki, buna səbəb Hollivud ulduzlarının nikahdan əvvəl müqavilə bağlanmamasıdır. 

Cütlüyə yaxın mənbə “People” nəşrinə açıqlamasında bildirib ki, məşhurlar bir-biri ilə razılığa gəlməyə çalışsalar da, onların “bir qədər maliyyə problemləri var”.

Qeyd edək ki, ABŞ qanunlarına əsasən razılaşmaların olmaması evlilik zamanı əldə edilən və qazanılan hər şeyin yarıya bölünməsi deməkdir. Mənbənin sözlərinə görə, bu qanun Lopez və Afflekin boşanmasını əksər ulduzlar arasında baş tutan mülk bölmələri kimi “çirkin” hala gətirəcək.