WOW
WOW

Azərbaycanlı aktyorun ayağı amputasiya edildi

Azərbaycanlı aktyorun ayağı amputasiya edildi

Aktyor Əlvan Fərmanoğlunun sağlamlığı ilə bağlı ciddi problemlə üzləşib.  

OLAY yazır ki,  bu haqda aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında aktyorun palatada videosunu yayımlayaraq məlumat verib 

İlkin bildirib ki, həkim səhlənkarlığı nəticəsində aktyorun ayağı amputasiya edilib:

“Dəyərli aktyorumuz Əlvan Fərmanoğlunun son halı. “Məlhəm” klinikasının bəzi həkimlərinin səhlənkarlığına görə sağ ayağı amputasiya olunub. Bu kişini bu vəziyyətə salan hər kəs qanun qarşısında cavab verəcək”.

Qeyd edək ki, Ə.Fərmanoğlu Türkiyənin məşhur “Möhtəşəm Yüz il” serialında epizodik rolda çıxış edib.