Paytaxtın Nəsimi rayonunda rejissor Elvin Adıgözəli velosipedlə vurub qaçan şəxslər saxlanılıb.
Bu barədə “OLAY”a DİN-in Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, avqustun 25-i axşam saatlarında E.Adıgözələ qarşı hüquqazidd hərəkətlər edən E.Əsgərov, C.İsmayılov və Q.Abdullayev polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıblar.
Fakt üzrə Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində rejissorun qolu sınıb, dizləri əzilib və çoxsaylı xəsarətlər alıb.
E.Adıgözəl hadisəni törədənlərin təcili yardım çağırmaq əvəzinə oradan qaçdıqlarını bildirib. O, xəstəxanaya getmək üçün özü taksi çağırmalı olub.