Akademik Milli Dram Teatrında Məleykə Əsədovaya “Yubiley” mükafatı təqdim olunub.
OLAY yazır ki, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov sənətkarı təbrik edib, ona cansağlığı, daha böyük sənət uğurları arzu edib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi adından Məleykə Əsədovaya ünvanlanan təbrik və gül dəstəsi təqdim olunub.
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov yubilyarı təbrik edib, hər zaman səhnədə olmağı, daha böyük sənət uğurları qazanmağı arzu edib. Yubilyara ittifaqın təsis etdiyi “Teatr xadimi” medalı təqdim edilib.
Xalq artisti Rafiq Əzimov Məleykə Əsədovanın teatrın inkişafındakı xidmətlərindən danışıb: “Məleykə xanım hər zaman teatrın adını ucaldır. O, doğma, ana teatrımızda “Aydın”da Gültəkin, “Özümüzü kəsən qılınc”da Selcan, “Fərhad və Şirin”də Şirin surəti kimi unudulmaz obrazlar yaradıb. Eləcə də “Xurşidbanu Natəvan” tamaşasında Məleykə xanım Natəvan, mən isə onun yol göstərəni, ona xeyir-dua verən Müəllimiyəm”.
Bir daha teatrımızın rəhbərliyi və kollektivi adından əziz Məleykə xanımı ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı arzu edirik!