Müğənni NURAN sənət fəaliyyəti ilə bağlı maraqlı açıqlamalar verib.

Sənətçi həmkarı Mehin Hümbətovanın ad günündə OLAY-ın kamerası qarşısına keçərək layihələrindən danışıb.

NURAN xanım həmkarı ilə duet hazırlığında olduğunu bildirib:

“Bu yaxınalrda bir duetim olacaq. Amma hələ açıqlamıram, düzü bu sözü sevmirəm. Guya açıqlasam, nə olacaq ki? Kim mane olacaq, gözəl iş olandan sorna? Sadəcə mahnı təsdiqi gözləyirik. Xanım müğənnidir, artistlə danışıqlar gedib”.

Sənətçi həmçinin builki Avroviziya mahnımıza da münasibət bildirib:

“Avroviziya mahnımızı çox bəyəndim, Cəmilə xanımın vokal gücünü bəyənirəm. Biz əsas məqsədi müəyyənləşdirməliyik ki, qalib olmaq üçün gedirik, yoxsa zövqlü musiqini  təbliğat üçün? Söhbət zövqlü musiqidən gedirsə, artisimiz güclü səsə malikdir. Birincilik üçün gediriksə, mahnı zəif qala bilər. Zövqlü musiqi təbliği üçün gediriksə, gözəldir, bəyənirəm. Gündə bir neçə dəfə dinləyirəm. Biz Avroviziyaya hazırlaşırdıq. Mahnı çatdıra bilmədik”.

 İfaçı “DreamFest” musiqi festivalı ilə bağlı sualı belə cavablandırıb:

“Qaldı ki, “Dreamfest”ə... Elə insan dyeiləm ki, harasa can atım, istənilməyən yerlərə əl uzadım. Təklif olarsa, canla-başla iştirak edərəm. Buna bizim komandamız, gücümüz var ki, istədiklərini onlara ötürək”.

NURAN Xalq artisti Aygün Kazımovanın “Best of AYGUN 40” albomunda səsləndirdiyi “Yar Yar” mahnısının estrada ulduzu tərəfindən bəyənildiyini qeyd edib.

O həmçinin öz albomunu payız doğru təqdim edəcəyini bildirib.