Bakıda stilist Orxan Seyidovu q*tlə yetirməkdə ittiham olunan Pərviz Həsənovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

OLAY Pravda az-a istinadla yazır ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, hadisə ötən ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.

1988-ci il təvəllüdlü Orxan Seyidov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1999-cu il təvəllüdlü Pərviz Həsənov tərəfindən çox sayda bıçaq xəsarəti yetirilərək öldürülüb.

İstintaq orqanı tərəfindən Pərviz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Pərviz Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Sosial mediada yayılan xəbərlərdə bildirilib ki, mərhum Orxan Seyidov stilist kimi fəaliyyət göstərib. Bəzi xəbər portallarında bir zaman onun tanınmış müğənni Röya Ayxanın stilisti olması barədə xəbərlər yayılıb.

Röya Ayxanın stilistini öld*rən şəxs qərardan narazıdır Röya Ayxanın stilistini öld*rən şəxs qərardan narazıdır