WOW
WOW

Cenniferdən Benə daha bir zərbə

Cenniferdən Benə daha bir zərbə

Cennifer Lopez boşanmaq üçün ərizə verdikdən sonra əri Ben Afflekə daha bir zərbə endirib.

OLAY “US Weekly” istinadən yazır ki, pop ulduz aktyorun soyadından imtina etmək niyyətindədir.

Nəşrin məlumatına görə, nikahın pozulması tələbi ilə yanaşı, Cennifer keçmiş adının - Cennifer Lin Lopezin bərpasını xahiş edir (xatırladaq ki, 2022-ci ilin iyulundan Cen fəxrlə Afflek soyadını daşıyırdı).

Bundan əlavə, məlum olub ki, Cennifer onun və ya Afflekin aliment ödəməsini istəmir, eyni zamanda öz aktivlərini və borclarını bölüşdürmək niyyətindədir (xatırladaq ki, həyat yoldaşları ailə üçün dəbdəbəli malikanəni ipoteka yolu ilə almışdı).