WOW
WOW

“Paxıllıq, riyakarlıq, hərislik, ikiüzlülük də nəfsin tərkibindədir”

“Paxıllıq, riyakarlıq, hərislik, ikiüzlülük də nəfsin tərkibindədir”

“Nəfs insan övladının ən böyük imtahanıdır. Kamil insan nəfsinin qurbanı olmaqdan qaçar. Bu tək maddiyyətlə bağlı deyil. Tamahla bərabər paxıllıq, riyakarlıq, hərislik, ikiüzlülük də nəfsin tərkibindədir”.

OLAY yazır ki, bu sözləri “Liatris Holdinq”in sahibi, iş xanımı Ruhiyyə Əliyeva sosial media hesabında yazıb.

O, sözlərinə belə davam edib:

“Ruhun azadlığı nəfsi boğmaqdan başlayır. Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadə deyir ki, hər kəsin ürəyindən Allaha bir yol gedir, bu yola biganələr özünə biganədir. Özünü aşmaq, haqqa ulaşmaq üçün gərək öncə aşasan nəfs adlı dağları - Nəfsin qulu yox, ağası olmaq lazımdır. Allahım, sən bizi nəfsimizlə baş-başa buraxma...”.