Azərbaycanda serial üçün həbsxana tikilib.
OLAY yazır ki, söhbət “Sara” serialından gedir.
Bununla bağlı sözügedən ekran işində “Sara” obrazını canlandıran aktrisa Oksana Rəsulova sosial şəbəkə hesabında məlumat verib. Sənətçi məkanların birində serial üçün xüsusi ilə yaradılan həbsxanadan görüntüləri paylaşaraq “Həbsxanamız tikildi, başladıq. Xeyirli olsun” sözlərini yazıb.
Xalq artisti Həmidə Ömərova, aktrisalar Rada Nəsibova, Pərvin Dadaşova, Ülviyyə Əliyeva, Fidan Axundova, aktyor Ziya Ağa və digər məşhurların rol aldığı serial ikinci mövsümü ARB televiziyasında tamaşaçılara təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan və Pakistanın birgə istehsalı olan layihənin baş prodüserləri Oksana Rəsulova ilə Ziya Ağadır.