WOW
WOW

“SIMOORG ACADEMY” İtaliyada!

“SIMOORG ACADEMY” İtaliyada!

“SIMOORG ACADEMY” tərəfindən hazırlanmış  “FICP’24 MİLAN” proqramı çərçivəsində iştirakçılar, gənc dizaynerlər İtaliyaya səfər edib.

OLAY yazır ki, onlar “Accademia Del Lusso” tərəfindən sərgilənən “ONIRICON”  moda gecəsində və “Made in Italy and Luxury Goods” mövzusunda keçirilən seminarda iştirak ediblər.

Eyni zamanda “Dolce&Gabanna” sərgisi,  “Armani Silos”, “GUCCİ Garden” muzeylərini ziyarət edərkən, burada markanın yarandığı gündən etibarən fəaliyyət yolu ilə yaxından tanış olmaq fürsətini əldə ediblər.

Milan səfərində dizaynerlər Nigar Kalbiyeva (Moji.Boo), blogerlər Aysel Mirzoyeva (Asolia), Aynur Babakhan iştirak edib.

Qeyd edək ki,“Simoorg Fashion & Design Academy” təhsil müəssisəsi insanların öz yaradıcı bilik və bacarıqlarını zənginləşdirməsinə və inkişaf etdirməsinə xidmət edir.

Təsisçilər bildirirlər ki, missiyaları ölkəmizin moda və dizayn sektoru üçün istedadlı və savadlı mütəxəssislər yetişdirmək, müvafiq bazara innovasiya və yenilikləri cəlb etməkdir.

Tələbələri bugünkü rəqabətli iş bazarında seçilə bilən etmək, onları hərtərəfli peşəkarlara çevirmək öndə duran vəzifələrdəndir. Məktəbin fəalilyyət istiqaməti üzrə ön sıralarda yer alan, beynəlxalq təcrübəyə yiyələnməkdə olan və yüksək ixtisaslı kadrları, müəllimləri cəlb etməklə təhsil və peşəkar yolda irəliləmək istəyən hər bir fərdi qlobal perspektivlərə cavab verə biləcək səviyyədə yetişdirməyi hədəfləyir.

Kursların beynəlxalq səviyyəli olması müəllimlərin təcrübəsi ilə birləşərək həm ən son yenilikləri əhatə edən, həm də sektorun real tələbləri ilə birbaşa əlaqəli olan multidissiplinar təlim təcrübəsi təklif edir.