WOW
WOW

“Xəstəliyim məni darmadağın edib”

“Xəstəliyim məni darmadağın edib”

Uzun müddətdir ABŞ-da yaşayan telejurnalist Qənirə Ataşovanın səhhətində ciddi problem yaranıb.

OLAY yazır ki, bu haqda Qənirə sosial şəbəkə hesabında məlumat yayıb.

“Veterigo” (bədənin tarazlıq sistemində yaşanan bir problem səbəbiylə ortaya çıxan baş dönməsidir – red.) xəstəliyindən əziyyət çəkən Q.Ataşova son günlər vəziyyətinin ağırlaşdığını bildirib:

“Üç gündür “Vertigo” məni darmadağın edib. Son bir ayda dördüncü dəfə baş qaldırdı. Müalicə və baş hərəkətlərini edirəm amma hələ də faydası yoxdur”.

Qeyd edək ki, Qənirə Ataşovanın Fərad və Ceyhun adlı iki oğlan övladı var.