Amerikalı məşhur aktyor Corc Kluni bir xeyriyyə məqsədi üçün özünü hərraca çıxarıb.
OLAY yazır ki, Daily Mail-in verdiyi məlumata görə, “Corc Kluni ilə Gözəl Bir Axşam” adlı bu hərracda şanslı bir şəxs aktyorla Nyu-Yorkda xüsusi bir axşam yeməyi görüşünə çıxacaq.
Auksion 10 min dollardan başlayıb və hazırda 31 min dollara qədər yüksəlib. 20 Avqustda sona çatacaq olan hərracda Kluni ilə axşam yeməyi üçün təklifin 60 min dollara qədər çıxması gözlənilir.
Hərracın qalibi,Corc Kluni ilə xüsusi bir kokteylə qatılacaq, daha sonra iki nəfərlik şam yeməyində iştirak edəcək və yanında bir qonaq da gətirə biləcək.
Bu hərrac Kluni Ədalət Fondu üçün təşkil edilib və qalib gələn şəxs məşhur aktyorla 24 Sentyabrda Nyu-Yorkda görüşəcək.
Kluni ilə bağlı yayımlanan mətbuat açıqlamasında isə belə ifadələr yer alıb:
“Axşam yeməyindən əvvəl xüsusi bir kokteyl üçün Cənab Kluniyə qoşulun, şəkil çəkdirin və xüsusi, səmimi bir axşam yeməyinin zövqünü yaşayın”.