WOW
WOW

Özünü klonlamaq istəyir

Özünü klonlamaq istəyir

Eksantrik reper Kanye Uestin həyat yoldaşı Bianka Sensori ilə münasibətində ciddi planları var.

OLAY yazır ki, In Touch-a danışan bir insayderin sözlərinə görə, reperin Bianka ilə bağlı düşündüyü xüsusi bir məqsəd var. Uzun zamandır bilinir ki, Kanye və Bianka bir neçə uşaq sahibi olmaq istəyirlər, lakin bu istək böyük sevgidən irəli gəlmir.

İfaçı hesab edir ki, modelin DNT-si onun DNT-si ilə mükəmməl şəkildə uyğun gəlir və bu yolla “genetik olaraq ideal nəsil” əldə edəcəklər, daha dəqiq desək, “özlərini klonlayacaq və musiqiçinin daha yaxşı bir versiyasını yaradacaqlar”. Məhz bu səbəbdən Kanye Biankanı həyat yoldaşı olaraq seçib.