WOW
WOW

20 gün Parisdə!

20 gün Parisdə!

Müğənni Mərdan Kazımov Paris Olimpiya oyunları zamanı idmançılarımızla birgə Fransada olub.

OLAY yazır ki, gənc sənətçi Olimpiya evində mütəmadi səhnə alıb və qrupu ilə birgə canlı ifalar səsləndirib. Gənclər və İdman Nazirliyi ilə uzun zamandır əməkdaşlıq edən Mərdan zaman-zaman qurumun tədbirlərində çıxış edir.

İfaçı bununla bağlı instaqramda da post paylaşıb. “20 günlük Olimpiya macəramız sona çatdı. Bu beynəxalq idman yarışında milli komandamızn yanında olmaq bizim üçün qürurverici idi”, - deyə, o, bildirib.

Qeyd edək ki, Mərdanın yanında həyat yoldaşı Nəzrin Nəcəfova da olub. Onlar 20 gündən artıq Parisdə qalıblar.