WOW
WOW

300 dollarlıq avtomobili 30 min dollara aldı…

300 dollarlıq avtomobili 30 min dollara aldı…

Xalq artisti və iş adamı Emin Ağalarov 23 il əvvəl aldığı “VAZ 2107” markalı avtomobilindən söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi sosial şəbəkə hesabında paylaşdığı videoda danışıb.

Sözügedən nəqliyyat vasitəsi ilə bağlı xatirələrini bölüşən Ağalarov bildirib ki, maşın növbəti illərdə başqa şəxslərə satılsa da, lakin dostları həmin avtomobili tapıb, alaraq ona doğum günündə hədiyyə ediblər:

“2001-ci ildə göy rəngli 2107 markalı avtomobil aldım. Sonra maşını əmim oğluna verdim. Sonra həmin avtomobil əmim oğluma verildi. Sonra başqalarına satıldı. 35 yaşım olanda, demək olar ki, 15 ildən sonra eyni maşını axtarmağa başladım. Axtardıq və tapdıq. Maşını Krasnodarda tapdıq. Sahibi maşının 30 min dollar olduğunu söylədi. Hansı ki, o zaman onun qiyməti 300 dollara idi. Uzun sözün qısası, uşaqlar bu maşını aldılar, bərpa etdilər və 35 illik yubileyimdə mənə verdilər”.

Rəşad Əliyev