WOW
WOW

“Krokusun bərpası ilə bağlı qərar hələ verilməyib” - Emin Ağalarov

“Krokusun bərpası ilə bağlı qərar hələ verilməyib” - Emin Ağalarov

Xalq artisti və iş adamı Emin Ağalarov 4 aydan bir qədər çox sahibi olduğu “Crocus City Hall”da baş verən dəhşətli terror aktından sonra konsert zalının agibətindən söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi jurnalist Laura Cuqeliyaya müsahibəsində danışıb.

Emin ən azı 145 nəfərin öldüyü binanın taleyinə toxunaraq bunları dilə gətirib.

“İlk günlərim əsas narahatlığım atamla bağlı idi, təbii ki, hər şey ilk növbədə onun üzərinə düşürdü. Çox depressiyaya düşmüşdü. Təbii ki, onun səhhəti, vəziyyəti məni narahat edirdi. Çox emosional baxımdan çətin bir dövr oldu, çünki bu, hamı üçün, bütün ölkə üçün cəhənnəmə bərabər bir faciəidir. Düşünürəm ki, indiyə qədər heç kim belə bir dəhşətli hadisəni yaşamayıb, çünki belə şeylər tez keçə bilməz. Həyat onsuz da davam edir, amma xatırlamamaq, düşünməmək mümkün deyil”, - deyə müğənni bildirib.

Ağalarov qeyd edib ki, faciədən bu qədər vaxt keçsə də, hələ də Krokusun yerində nə etmək lazım olduğunu bilmir. Əsas ideya orada yenidən konsert zalı tikməkdir, çünki əks halda ailənin biznesinə ciddi zərbə dəyəcək. Bununla belə, Emin terror aktı baş verən yerdə dayanacaq tikiləcəyini istisna etmir.

“Söhbət burada puldan getmir, burada sual ondan ibarətdir ki, binanın məhz bu hissəsi bərpa olunmalıdır və hansı formada olduğu aydın deyil. İndi biz maşınla keçirik, orada hər şey mühasirəyə alınıb və sökük dam, şüşə, metal parçaları var. Hansısa formada mən hesab edirəm ki, onu bərpa etmək lazımdır. İstər konsert zalı, istərsə də başqa bir şey olsun, hələ də bunun üçün bir az səy göstərməliyik. Qərar hələ verilməyib. Mənim atamla bağlı mövqeyim ondan ibarətdir ki, bu konsert zalı təbii olaraq xatirə abidəsi və onu müşayiət edən bütün əşyalarla birgə bərpa olunmalıdır. Əks təqdirdə, Krokus, təəssüf ki, bu zal olmadan fəaliyyətini sadəcə itirə bilər... Bilmirəm, zalı bərpa edim, ya insanların gül gətirə biləcəyi bir abidə düzəldim? Hansı ki, bu, orada faciə olduğunu bir daha xatırladacaq... Yoxsa traktorla hər şeyi söküb park etmək düzgündürmü? Mən nəyin doğru olduğunu özüm də bilmirəm”, - deyə, Emin vurğulayıb.

İş adamı qeyd edib ki, “Krokus” atasının “həyat işidir”. Onun sözlərinə görə, Araz Ağalorov baş verən faciədən çox narahat olsa da, biznesin taleyini oğlu ilə nadir hallarda müzakirə edir.

Emin etiraf edib ki, ailəsinin Müslüm Maqomayevin yardım fonduna köçürdüyü 100 milyon rubldan əlavə, zərərçəkənlərə kömək etməkdə davam edirlər.

Rəşad Əliyev