Xalq artisti Afaq Bəşirqızı aktyor Elcan Rəsulovla bağlı qalmaqallı açıqama verib.
OLAY yazır ki, “Şən gənc” layihəsində aktrisanı parodiya edənlərdən söz açılıb. Əməkdar artist Coşqun Rəhimov “Afaq xanımı ən yaxşı tələbəsi Elcan parodiya edib”, - deyə, bildirib.
Bəşirqızı isə bu fikrə etiraz edərək “Yox, o deyil. Onun parodiyasını qəti bəyənmirəm. Məni bir nəfər o vaxt Gənc Tamaşaçılar Teatrında parodiya edib. Uşağın adı yadımdan çıxıb. Ondan sonra yaxşı parodiya edən olmayıb. O edə bilmir (Elcanı nəzərdə tutur – red.)”, - deyə, vurğulayıb.