“Bu mövzuda son paylaşımımdı. Bəziləri yazır ki, sən kimsən? Deyim sizə? Paylaşımların altından 200, 300 şərh yazdığınız mənəm”.
OLAY yazır ki, bu sözləri müğənni Gülay Zeynallı deyib. O ünvanına təhqir yazanları şikayət etdiyini bildirib.
“Market söhbətinə gəldikdə isə: özümü siravi insanlarla yox, tanınmış insanlarla müqayisədə demişəm ki, kompleksiz insanam. Hər işimin arxasınca özüm gedirəm, işçilərim olsa belə. 10 faizi çıxmaqla hansı müğənni mağazaya gedir? Görən olur tez-tez. Heç biri. Çünki sənətçidirlər. Ona görə də bir şeyi düzgün başa düşün, sonra fikir bildirin. Onsuz da mənim fikrimi başa düşən düşüb. Bəzilərini də buradan başa salıram ki, o şərhə ayırdığınız zamanı həyatınız, evinizə ayırın.
Qeyd edirəm ki, dərinə gedib, artıq şərh yazanlar haqqında şikayət ərizəsi təqdim etmişəm”.