WOW
WOW

“Xarici ölkələrdən geyimlər gətizdirdim”

“Xarici ölkələrdən geyimlər gətizdirdim”

Əməkdar artist Abbas Bağırov yeni albom üzərində çalışdığını açıqlayıb.

OLAY yazır ki, bu barədə instaqramda paylaşım edib:

“Artıq bir neçə ildir üzərində çalışdığım yeni albomum demək olar ki, hazırdır. 1 həftə əvvəl dostumla birlikdə 25 il öncə oxuduğum, bəstəsi dəyərli Sevda Məmmədliyə aid olan “Necə unudum səni” mahnımın yeni versiyasına klip çəkdik. Amma bu son deyil, qarşıda daha 4 klipimiz var, tam fərqli tərzlərdə. Onu da qeyd edim ki, 6 aydır bu kliplərim üçün öz zövqümə uyğun fərqli geyimləri xarici ölkələrdən gətizdirdim. Ümumi görünüşdə əla olacağına inanıram və ən əsası, sizin zövqünüzə uyğun olacağına əminəm”.