WOW
WOW

Rafael İskəndərovdan ölüm xəbərini yayanlara sərt reaksiya

Rafael İskəndərovdan ölüm xəbərini yayanlara sərt reaksiya

Əməkdar artist Rafael İskəndərov haqqında yayılan ölüm xəbərlərinə reaksiya verib.

OLAY yazır ki, bu barədə sənətçi sosial media hesabında yazıb:

“Bu yalan xəbəri yayanlar, əzizlərimə, doğmalarıma, qohumlarıma, dostlarıma yaşatdığınızı Allah sizinkilərə yaşatsın. Qarğış deyil, duadır. Bütün narahat olub, zəng edib maraqlananlara, inanıb rəhmət diləyənlərə təşəkkür edirəm. Sağ və salamatam. Şükür Allaha... Xalqımızında sağ və salamat olmasını o tək Allahdan yalvararaq diləyirəm”.