WOW
WOW

“ARB Günəş” və ATV-nin efiri dayandırıldı

“ARB Günəş” və ATV-nin efiri dayandırıldı

Bu gün “ARB Günəş” və ATV-nin efiri dayandırılıb.

OLAY yazır ki, 18 aprel 2024-cü il tarixdə, saat 05:29-06:38 aralığında Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan “Nyu-Yorkda yağışlı bir gün” bədii filminin yayımlanmasına görə,

Azərbaycan Respublikası Audiovizual Şurası “Media haqqında” Qanunun 38.2-ci, 41.1.1-ci ve 41.5-ci maddələrini rəhbər tutaraq 09 iyul 2024-cü il tarixli, 21/24-10 nömrəli qərarı ilə “ATV” televiziya redaksiyasının (kanalının) proqramlarının yayımını 3 saatlıq (11 iyul 2024-cü il, saat 08:00-11:00 arası) dayandırmışdır.

Bundan əlavə, 13 iyun 2024-cü il tarixdə, saat 18:25-19:29 aralığında Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan “Bembi-2” cizgi filminin yayımlanmasına görə Azərbaycan Respublikası Audiovizual Şurası “Media haqqında” qanunun 38.2-ci, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq 09 iyul 2024-cü il tarixli, 22/24-10 nömrəli qərarı ilə “ARB Günəş” televiziya redaksiyasının (kanalının) proqramlarının yayımını 3 saatlıq (11 iyul 2024-cü il, saat 08:00-11:00 arası) dayandırmışdır.