Olay
Olay

“Hər zaman mənim ol”

“Hər zaman mənim ol”

Xalq artisti Mələkxanım Eyubovanın influenser qızı Nəzrin Nəcəfova müğənni həyat yoldaşı Mərdan Kazımovla bağlı paylaşım edib.

OLAY yazır ki, Nəzrin Mərdanla videolarını paylaşaraq onun doğum günü olduğunu bildirib.

“Şirinim, yubileyin mübarək! Səni ən özəl günümüzdən olan kadrlarla təbrik etmək istədim. Hansı ki, mənim üçün hər zaman unudulmaz və hər baxanda kövrəldiyim an olaraq qalacaq! Yaxşı ki,  doğulmusan, varsan! Yaxşı ki, bir-birimizi tapmışıq. Ruh əkizi dedikləri bu olsa, gərək. Hər zaman var ol. Mənimlə ol! Səni çox sevirəm!”, - deyə, Nəzrin bildirib.

Mərdan isə ona “Yaxşı ki, varsan, sevgilim. Səni çox sevirəm” şərhini yazıb.