WOW
WOW

Avropa İttifaqı Polina Qaqarinaya sanksiya tətbiq etdi

Avropa İttifaqı Polina Qaqarinaya sanksiya tətbiq etdi

Avropa İttifaqı (Aİ) rusiyalı müğənni Şaman, sənətçi Polina Qaqarina və aktyor İvan Oxlobistinə sanksiya tətbiq edib.

OLAY yazır ki, bu barədə TASS məlumat yayıb.

Aİ izah edib ki, Polina mütəmadi olaraq dövlət təbliğatı çərçivəsində çıxış edir və bu şəkildə Ukraynanın ərazi bütövlüyünü pozan hərəkətləri dəstəkləyir.

Bildirilib ki, 18 mart 2022-ci ildə Moskvadakı Lujniki stadionunda, habelə Krımın Rusiyaya birləşdirilməsinin ildönümü şərəfinə konsert proqramı ilə çıxış edib. Şaman və Oxlobistin də orada iştirakçılardan olub.

“Qaqarina dövlət tərəfindən maliyyələşdirilən təbliğat tədbirlərində tez-tez iştirak etməklə əhəmiyyətli gəlir əldə edə bildi”, - deyə, Aİ rəsmiləri bildirib.