Türk model Deniz Akkayanın qızı əlindən alınıb.
OLAY yazır ki, ötən həftələrdə övladı ilə problem yaşayan və polis çağıran Akkayanın qızı Ayşe anasından alınaraq atası Efe Önbilginə verilib.
Ailə və Sosial Xidmətlər yeniyetmənin anası ilə yaşamamasına qərar verib.
Qeyd edək ki, Deniz video paylaşaraq qızının ondan gizli telefon aldığını, xaricə getmə planları qurduğunu, hətta onu eyvanda bağlı saxladığını demişdi.