WOW
WOW

“Sərxoşam” üçün kamera qarşısında!

“Sərxoşam” üçün kamera qarşısında!

Xalq artisti Röya Ayxan yeni klipi “Sərxoşam”dan kadrarxası görüntülər paylaşıb.

Sənətçi Qəbələdə lentə alınan klip üçün müxtəlif libaslarda kamera qarşısına keçib.

O, obrazlarından birini instaqramda izləyiciləri ilə bölüşüb. Estrada ulduzunun fərqli tərzi fanatlarının gözündən yayınmayıb.

Qeyd edək ki, “Sərxoşam” müğənninin son bir ayda təqdim edəcəyi üçüncü layihə olacaq.

Onu da bildirək ki, Röya Ayxanın tərzi üzərində məşhur stilist Elnur Həsənov çalışıb. Klipi isə Roman Yaşar ekranlaşdırır.