WOW
WOW

22 il sonra həyat yoldaşından boşanır!

22 il sonra həyat yoldaşından boşanır!

Aktyor və aparıcı Cess Molho ilə rejissor Zeynep Molhonun 22 illik evliliyi sona çatır.

OLAY yazır ki, sənətçi İstanbul Ailə Məhkəməsinə müraciət edərək, evlilik birliyinin təməli sarsıldığı üçün boşanma iddiası qaldırıb. Ərizəsində həyat yoldaşı ilə boşanma ilə bağlı razılığa gəldiyini bildirən Molho sivil şəkildə ayrılmaq istədiklərini bildirib. Cütlük məhkəməyə razılı boşanma protokolu da təqdim edib.

Protokola görə, cütlüyün 16 və 14 yaşlı iki övladının qəyyumluğu onların qurulan nizamının pozulmaması üçün Cess Molhoda qalacaq. Zeynep Molho ilə uşaqlar arasında şəxsi münasibət qurulacaq.